2 Mayıs 2012 Çarşamba

Cem Adrian - Ayrılık

Fikrindən gecələr yata bilmirəm - Bu fikri başımdan ata bilmirəm
Neyləyim ki, sənə çata bilmirəm - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Uzundur hicrindən, qara gecələr - Bilmirəm, mən gedim, hara gecələr
Vurubdur qəlbimə yara gecələr - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Yadıma düşəndə ala gözlərin - Göydə ulduzlardan, allam xəbərin
Neyləyim kəsibdir məndən nəzərin -Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Ayrılıq dərdini çəkməyən bilməz - Yardan ayrı düşən göz yaşın silməz
Deyərlər: İntizar xəstəsi ölməz - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Necə ki, əlimdən, ayrı düşəndən - Sorar bir-birini, görüb biləndən
Həsrətlə sızlayar daim bu qəmdən - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

İllərdir uzağam, arxam elimdən - Bülbüləm, düşmüşəm, ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Olubdur biganə, yarım-yoldaşım - Qəribə sayılır sevgim, sırdaşım
Bu cavan çağımda ağardıb başım - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Məni ağladandan gülüş istərəm - Uzaq düşənimlə görüş istərəm
Hasarı yıxmağa yürüş istərəm - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Sevgilik olubdur şəni Fərhadın - Sevgisi hardadır, hanı Fərhadın
Deyərək, çıxacaq canı Fərhadın - Ayrılıq, ayrılıq, aman ayrılıq - Hər bir dərddən olar yaman ayrılıq.

Hiç yorum yok:

Yorum Gönder

Popüler Yayınlar